Twitter yeni funksiyalar elan etməyə və sınaqdan keçirməyə davam edir. Bu yaxınlarda Twitter birbaşa mesajlarda (DM) söhbət etməyi asanlaşdırmaq üçün səs mesajı funksiyasını elan edib.
Facemark.az xəbər verir ki, Twitter tərəfindən paylaşılan açıqlamada yeni funksiyanın 12 maydan etibarən Türkiyə və Nigeriyada tətbiq olunmağa başlandığı bildirilib.
Paylaşılan açıqlamada bu funksiyanın insanlara nəinki hərəkətlilik, eyni zamanda rahatlıq və operativlik qazandıracağı açıqlanılıb: “Funksiyadan istifadə etmək üçün səs yazma ikonuna basmaq kifayətdir. Səsi yazdıqdan sonra dayandırma işarəsinə vuraraq yazını göndərmədən əvvəl dinləmək mümkündür. Hər qeyd üçün 140 saniyəlik bir limit var. Hər kəsi səsli mesajlardan istifadə edərək özləri üçün vacib olan mövzularda fikir mübadiləsi etməyə cəsarətləndirmək istəyirik. Funksiyanın Türkiyə və Nigeriyada necə istifadə olunduğunu və bu təcrübə ilə bağlı rəy almağı səbirsizliklə gözləyirik”.
