Tech Crunch yazır ki, Google və Shopify 1,7 milyondan çox Shopify ticari məhsullarını Google xidmətləri vasitəsilə tanıtmasına imkan verəcək bir inteqrasiya başladıb.


Facemark.az xəbər verir ki, inteqrasiya imkan verəcək ki, onlar cəmi bir neçə klik ilə proqramdan qeydiyyatdan keçsinlər.


Reklamları isə axtarış, şəkillər, xəritələr bölməsində və Google Lens, YouTube-da görünəcək. Kompaniyanın məlumatına görə, hər gün xidmətlərdə 1 milyard alış-veriş səyahəti (shopping journeys) baş verir.


Qeyd etmək yerinə düşər ki, proqram Google I/O 2021 konfransında elan edilib, ancaq inteqrasiyanın detalları isə açıqlanmamışdı. Həmçinin Google Shopping Graph (alış-veriş qrafiki) adlı funksiyanı da işə salır. Şirkət müxtəlif saytlardan məlumat toplamağa başlayacaq. Bura qiymətlər, video, məhsul haqqında məlumatlar və s. daxildir.