TikTok brendlər üçün əməkdaş axtarışına kömək olacaq yeni aləti test edir. Belə bir eksperimental proqramın məqsədi – işaxtaran istifadəçilərə kömək olmaq və əməkdaş axtaran şirkətləri platformaya cəlb etməkdir.


- Hazırda kompaniya beta-qrup mütəxəssisləri ilə yeniliyi test edir. Yeni xidmətdən istifadə üçün bir sıra iri brendlərə dəvət göndərilib və onların arasında idman liqaları da var.


- Platformanı tətbbiqetməyə inteqrasiya etməyi planlaşdırmırlar. O ayrıca bir veb səhifə kimi xidmət göstərəcək və oradan TikTok-a daxil olmaq mümkün olacaq. Burada brendlər axtarılan mütəxəssislər üçün vakansiya yerləşdirə biləcəklər.


- İstifadəçilər özlərinin rezumesini videoformatda yerləşdirəcək. Videoda istifadəçilər özlərinin təcrübələri və bacarıqları haqqında kreativ bir şəkildə danışa biləcəklər.


- Yeni xidməti reklam etmək üçün kompaniya istifadəçilərdən profillərində rezume ilə video yerləşdirmələrini istəyəcək.


Bildirək ki, bir neçə həftə əvvəl top-menecerlərdən biri LinkedIn-də belə bir xəbər paylaşdı ki, onun Washington Post-da Z nəslini əlaqədar edən məqaləsi paylaşılıb. O, qeyd edirdi ki, özünün məqaləsində TikTok-dan karyera tövsiyəsi kimi necə istifadə etməyin yollarından bəhs edib.