Pepsi, Coca-Cola-nın Yeni il kampaniyasının simvolu olan Santa-Klausun Pepsi Max içdiyini aşkar edib.
Facemark.az xəbər verir ki, şirkət dəlilləri özünün YouTube kanalında yerləşdirib.
Təhlükəsizlik kameralarına düşə videoda qırmızı rəngli yük maşınının yanacaqdoldurma məntəqəsinə yaxınlaşdığını görə bilərsiniz. Onun içərsindən qırmızı kostyumlu, uzun ağ saqqalı, Santa-Klausa oxşayan bir nəfərin düşdüyünün şahidi olacaqsınız. O, qərarından əmin bir şəkildə piştaxtaya yaxınlaşır və Pepsi Max bankasını götürür. Santa-Klaus görəndə ki, onun hərəkətləri təhlkəsizlik kameralarına düşür, anında video kəsilir.
Qeyd edək ki, Pepsi ilə Coca-Cola arasındakı marketinq savaşları artıq klassik hala çevrilib. Bu savaşlar Burger King və McDonald's arasındakı savaşlara bənzəyir. Məsələn, Halloween Bayramı günü Burger King Ronald McDonald-un ruhunu çağırdı və ondan boş qalan McDonald's restoranlarına diqqət etməsini istədi. Ancaq pandemiya zamanı isə rəqibi ona arxa çıxdı və özünün pərəstişkarlarını Big Mak sifariş etməyə çağırdı.