Tender şirkətin BETC və Publicis Groupe ilə olan əməkdaşlığına təsir etməyəcək.
Ferrero, Nutella brendinin yaradıcı xidmətləri üçün qlobal bir tender elan edib. Agentlik, Yeni il də daxil olmaqla, markanın müxtəlif fəaliyyətlərini dəstəkləmək üçün il boyu brend ilə çalışacaq.
Facemark.az xəbər verir ki, Campaign nəşrinin yazdığına görə, The Observatory International qlobal bir partnyor axtarışları üçün şirkətə kömək edir.
Nutella hazırda iki regional partnyor ilə əməkdaşlıq edir — Avropada, BETC (Havas) və Asiyada isə Publicis Groupe. Nəşr yazır ki, qlobal tender lokal sazişlərə təsir etməyəcək.
Ferrero-nun media büdcəsi 950 milyon dollar qiymətləndirilir və WPP reklam holdinqinə daxil olan Mindshare tərəfindən idarə edilir. Ötən il isə kompaniya agentliyini dəyişdirdi və PHD (Omnicom) ilə əməkdaşlıq etməyə başladı.
Campaign nəşri bildirir ki, marka birbaşa olaraq müştəriləri ilə əlaqəyə keçmək üçün “brand experience” yanaşmasında aktiv bir şəkildə istifadə edir. Məsələn, əlamətdar hadisələr zamanı müvəqqəti satış mərkəzləri açır. Kaliforniyadakı öz oteli kimi böyük miqyaslı layihələri reallaşdırır və s.
