SOVET yazıçısı, “Nu, poqodi!” (Düşərsən, əlimə!) cizgi filminin yaradıcılarından biri Aleksandr Kurlyandsky 82 yaşında vəfat edib.


Facemark.az xəbər verir ki, bu haqda Exo Moskva radio stansiyasına yazıçının qohumları məlumat verib.



Onun ölüm səbəbi haqqında isə məlumat verilmir. Kurlyandsky “Nu, poqodi!” cizgi filminin ssenarislərindən biri idi. O, həmçinin, bir sıra məşhur cizgi filmlərinin də müəllifi olub. Onun yumoristik hekayələri “Yeralaş” verilişində də lentə alınıb. Müəllif uşaqlar üçün də hekayələr yazmışdı. 1988-ci ildə Kurlyandsky SSRİ Dövlət Mükafatına da layiq görülüb. O, 2007-ci ildə isə Rusiyanın əməkdar artisti adı ilə mükafatlandırılmışdı.