Vodafone Türkiyənin yeni CEO-su Engin Aksoy olub.


Facemark.az xəbər verir ki, Vodafone Türkiyədən edilən açıqlamaya görə, Alex Froment Curtil isə Vodafone Qrupu Ticari Əməliyyatlar və Strategiyadan məsul İdarə Heyəti üzvi vəzifəsinə gətirilib. Engin Aksoy yeni vəzifəsini Alex Froment Curtil-dən 1 Fevral 2021-ci ildə alacaq.


Vodafone Türkiye ailəsinə 2008-ci ildə qatılan Engin Aksoy, 2017-ci ildən bu yana Vodafone Türkiyə Müştəri Biznes Birliyindən məsul vitse-prezident idi. Vodafone Türkiyədə daha öncə satış, marketinq, korporativ biznes birliyi sahələrində top menecer vəzifələrində çalışan Aksoy, şirkətin U-dönüşü planı və strategiyası çərçivəsindəki satış, distribütor, kanal strukturuna faydaları olub.


Aksoy daha öncə Coco-Cola, Michelin və Nike-da top menecer vəzifələrində çalışıb.


İstanbul Universitetinin İqtisadiyyat fakültəsinin məzunudur və Oxford Business College-də marketinq üzrə master dərəcəsinə sahibdir.


Engin Aksoy yeni vəzifə dəyişikliyi ilə bağlı olaraq deyib ki, “2008-ci ildən bu yana bir parçası olduğum Vodafone Türkiyənin qəlbimdə özəl bir yeri var. Bu komandanı idarə edəcəyimin həyəcanını yaşayıram. Vodafone Türkiyə xidmətlərimiz vasitəsilə hər kəsi əlaqədə tutaraq, müştərilərimiz və cəmiyyətimizin yanında olmağa davam edəcəyik”.