İngiltərənin Milli Səhiyyə Xidmətinin xeyriyyə qurumu - NHS Charities Together Santa Klausun reanimasiyada olduğunu göstərdiyi reklam çarxına görə üzr istəyib.


Facemark.az xəbər verir ki, Business Insider nəşri yazır ki, hədiyyə adlı videoda ağ saqqallı yaşlı bir adamı xəstəxanaya aparırlar və həkimlər onun həyatını xilas etməyə çalışır.


Sosial şəbəkə istifadəçiləri isə deyiblər ki, Santanın reanimasiyaya aparıldığını və xəstə olduğunu göstərən reklam çarxı uşaqları travmaya sala bilər.


Ancaq bildirək ki, xeyriyyə təşkilatı tərəfindən deyilib ki, onlar Santa-nın covid-19 olması ilə bağlı heç bir yerdə yazmayıblar. Videonun sonunda isə məlum olur ki, yaşlı adam Santa Klausdur.


Bir neçə gündən sonra YouTube kanalından silinən həmin video çarxı təqdim edirik.