HSBC Grubu-nun “Navigator Hesabat”ına görə, Türkiyədəki şirkətlərin 68%-i 2021-ci ildə gəlirlərində artım gözləyir. Yeni bazarlara çıxmaq, xərclərin azaldılması, nağd axının yaxşılaşdırılması isə şirkətlərin əsas gündəmindədir.


HSBC Grubu-nun hazırladığı “Navigator Hesabat”ı, Covid-19 pandemiyası ilə qısa və orta perspektivdə biznes dünyası və beynəlxalq ticarət ilə bağlı biznes liderlərinin fikir və gözləntilərini ortaya qoyur.


Türkiyədə də daxil olmaqla 39 ölkədə 10 000-dən çox şirkət rəhbərlərinin fikirləri ilə hazırlanan hesabata görə, Türkiyədəki şirkətlərin 68%-i 2021-ci ildə gəlirlərində artım gözləyir. Qalan yarısı isə gəlirlərindəki bu artımın 5%-dən çox olmasını gözləyir. Şirkətlərin inkişaf ilə bağl fürsətləri əldə etmək və potensial çətinliklərin öhdəsindən gəlmək üçün onların ən vacib strategiyaları arasında yeni bazarlara çıxmaq, xərclərin azaldılması və nağd alışının yaxşılaşdırılması yer alır.


Beynəlxalq ticarət Avropa və Asiya Pasifik marşrutu


Hesabata görə, Türkiyədəki şirkətlərin 73%-i beynəlxalq ticarətin son dövrlərdə çətinləşdiyini və 2021-ci ildə yeni çətinliklər ilə qarşılaşacaqlarını düşünsələr də, qalan 66%-i isə bu fikirdədir ki, gələcək 1-2 ildə beynəlxalq ticarətin mənzərəsi daha müsbətə doğru gedəcək. Gələcək dövrlərdə Avropa və ondan sonra Asiya-Pasifik Bölgəsi, xarici bazarlara çıxmağı hədəfləyən Türkiyə şirkətləri üçün ən cəlbedici bazarlar olmağa davam edəcək. Şirkətlərin 60%-i düşünür ki, bu bazarlarda istehlakçı tələbi yüksəkdir, 52%-i düşünür ki, adıçəkilən bazar vasitəsilə yeni tədarükçü və biznes partnyorlara əlçatanlıq daha asandır, 47%-i isə düşünür ki, buradakı mal və xidmətlər oradakı mal və xidmətlərə görə daha rəqabətçildir. Həmçinin bu bazarlar innovasiya mərkəzlidir. Xarici bazarlarda böyüməyi hədəfləyən şirkətlər üçün Avropa və Asiya- Pasifik bölgəsi çox əlverişlidir.


Şirkətlərin ümumi narahatlıq mənbəyi tədarük şəbəkəsidir


Hesabata görə, tədarük şəbəkələri Türkiyə şirkətləri üçün ümumi bir narahatlıq mənbəyidir. Türkiyədəki şirkətlərin 97%-i deyib ki, 2020-ci ildə onlar xərclərdəki artımın qarşısını almaq, tədarük şəbəkəsinin sabitliyi kimi problemləri həll etmək üçün çeşidli risklər alıblar.


Davamlılıq satışları dəstəkləyir


Hesabata görə, Türkiyədəki şirkətlərin 86%-i davamlılığa daha çox fokuslanmağın 2021-ci ildə satışlarda artımı dəstəkləyəcəklərini düşünür. Türkiyədəki şirkətlərin 70%-dən çoxu ətraf mühit, sosial və idarəetmə sahələrində əhatəli hədəflər müəyyən etdiklərini deyir. Davamlılıq şirkətlərin rəsmi etibarını gücləndirir, yeni çalışma formalarının mənimsənilməsinə, dövlət dəstəyindən yararlanmağa haqq qazanma kimi çeşidli fürsətləri ehtiva edir.