Ən populyar videohostinq platforması YouTube zorakı şərhlərin müəllifləri üçün rəylərini daxil etməmişdən öncə düşünmələrini təmin edəcək filtr üzərində çalışır.
Facemark.az xəbər verir ki, platforma video kontentdə yazılacaq neqativ şərhlər ilə mübarizə aparmağa başlayır.
The Verge nəşri yazır ki, zorakı rəyin müəllifindən onu platformada şərh olaraq paylaşmamışdan öncə, belə bir sual veriləcək ki, doğrudanmı o bunu etmək istəyir. Yeni funksiya rəyləri ilə insanları incidə biləcəklərinə dair öncədən müəllifləri məlumatlandıracaq. Xidmət müəllifləri insanların sərbəst düşüncələrini paylaşmasına mane olmayacaq, sadəcə onları düşünməyə sövq edəcək. YouTube platformada hər-hansı rəyi yayımlamamışdan öncə, rəy müəllifinə bildiriş gedəcək. Rəy müəllifi bildirişi gördükdən sonra, ona məhəl qoymasa da onun rəyi platformada yenə də yayımlanacaq.
Eyni zamanda, YouTube platformada təhqiramiz dil və rəy axtarmağa və silməyə davam edir. Alqoritmlərdən istifadə edərək platforma 2019-cu ilin əvvəlindən bəri hər zamankindən 46 qat daha çox rəyi sildi. Qeyd edək ki, hələ ki, bu funksiya ingilis dilində və Android əməliyyat sistemi üzərindən yazılan rəylər üçün nəzərdə tutulub. Bundan öncə, VKontakte, Instagram, Twitter və Facebook da zorakı nitqləri platformadan kənarlaşdırmaq üçün həll yollarını təqdim etmişdi.