facemark.az onlayn marketinq portal Harvard Business Review nəşrindən pullu abunə alıb. Bu nəşr üzərindən sizlərə məqalələr təqdim edəcəyik.


Mən bütün əməkdaşlara minnətdaram, onlar çox inadla çalışırlar. Biz hər gün müştərilərimiz haqqında düşünürük. Qoyulmuş hədəflərə necə daha yaxşı bir şəkildə çatmaq olar. Bu gün bizim məhsulumuz əvvəlkindən tamamilə fərqli bir şəkildə istifadə edilir. Digər şirkətlər B2C seqmentindən başlayır və sonra B2B seqmentinə keçid edirlər. Amma bizdə isə hər şey tamamilə fərqli idi. İndi isə bizə kütləvi istehlak seqmentinə yiyələnmək lazımdır. Biz daimi olaraq məhsulumuzu daha da yaxşılaşdırmaq, daxili proseslər, məxfilik, təhlükəsizlik məsələləri haqda düşünürük. Biz mümkün qədər tez yeni istiqamətləri inkişaf etdirməliyik. Yeniliyi tətbiq etmək üçün isə tez öyrənməli və hərəkətə keçməliyik.


Zoom-un əsas prinsipi və eləcə korporativ mədəniyyətimizin əsas prinsipi xoşbəxtlik çatdırmaqdır. Müştərinin müsbət rəylərini almaq üçün isə mümkün olan hər şeyi edirik. Belə yanaşma isə bizə çox kömək edir. Adətən bizim korporativ müştərilərimizin IT komandaları hansısa bir funksiyanın qoşulması üzərində bizimlə birlikdə çalışırlar. Sadə istehlakçıların isə belə bir IT komandaları yoxdur. Sürətlə öyrənən olduğumuz üçün məhsulumuzun yeni istifadəsinə və yeni müştərilərə dair fikirlərimizi davamlı tətbiq etməliyik.


Biz hesab edirik ki, videokonfranslarda istifadəçilərin iştirak təcrübəsi daha da təkmilləşəcək. Biz işgüzar görüşə gedən zaman partnyorlarımızın əlini sıxırıq. Gələcəkdə isə Zoom kimi xidmətlərin vasitəsilə ilə mənim əl sıxmağımı hiss edə biləcəksiniz. Və siz özünüzə bir qəhvə süzəcəksiniz. Mən isə onun ətrini hiss edəcəyəm. Bu isə ona gətirib çıxaracaq ki, siz məni, mən də sizi eyni restoranda oturmuş kimi hiss edəcəyik. Əgər biz ayrı-ayrı dillərdə danışırıqsa, artıq artırılmış reallıq vasitəsilə bir-birimizi başa düşəcəyik. Yaşayış yerindən və hansı dildə danışmasından asılı olmayaraq insanlar bir-biri ilə daha yaxın ola biləcəklər. Belə bir vəziyyəti isə biz qarşıdakı 10-15 ildə gözləyirik.