Yaşadığımız zəmanədə demək olar ki, texnologiyanın sürətinə uymaq mümkün deyil. 'Ağıllı həyat' olaraq təyin olunan yeni nəsil həyat tərzinin gündəlik həyatımıza verdiyi töhfələr saymaqla bitmir. Ağıllı məhsullar gündəlik işimizi asanlaşdırmaqla yanaşı, həyat keyfiyyətini də artırır və bizə qızıl qabda qiymətli bir vaxt təqdim edir.


Evimizə texnologiyanın bütün imkanlarını gətirəcək və təklif etdikləri həll yolları ilə həyat tərzimizi dəyişdirəcək hər büdcəyə uyğun məhsullarla tanış olaq:


  • Körpəsindən ayrıla bilməyənlər üçün:


Körpəniz yuxuya getdiyi andan etibarən düşüncənizi davamlı onda saxlayırsınızsa və digər işinizə diqqətinizi yönəldə bilmirsinizsə, bu məhsul sizin üçündür!


Telefonunuz ilə baş verənləri istədiyiniz zaman telefon, planşet və ya kompüterinizdən uzaqda izləmək mümkündür.


  • Evinizin və ya ofisinizin təhlükəsizliyi etibarlı əllərdədir ...


Evinizin və ya ofisinizin təhlükəsizliyi üçün sərvət sərf etmək dövrü başa çatır. iOS və ya Android cihazınızdan harada olursunuzsa olun, internetə bağlı qala və TP Camera tətbiqi ilə ümumi qaranlıqda 18 metrə qədər görmə məsafəsi təmin edən kameranızı izləyə bilərsiniz, foto və videoları istədiyiniz kimi qeyd edə, beləliklə davamlı təhlükəsizliyi təmin edə bilərsiniz.


  • Robotunuzun təmizlik işləri ilə məşğul olmasına icazə verin, vaxtınız sizə qalsın:


Təsəvvür edin ki, gündəlik ev təmizliyinə sərf etdiyiniz vaxt sizin ixtiyarınızdadır... Gözəl səslənir, elədir? Yeni nəsil robot tozsoranlar hibrid robot texnologiyası ilə sərhədləri aşır. Həm silir, həm də süpürən robot bütün tapşırıqları təkbaşına yerinə yetirir. Üzərindəki kamera və naviqasiya alqoritmi sayəsində insan gözü kimi davranır və ağıllı bir təmizlik təklif edir.


  • Televizorunuzu playstationa çevirin!


Həqiqi bir oyun sevənsinizsə, kiçik, amma bacarığı ilə böyük işlər görə bilən bu əşya ilə mütləq tanış olmalısınız. Bu cihaz sayəsində televizorda smartfonunuzda açdığınız oyunu oynaya bilərsiniz. Üstəlik xüsusiyyətləri sayəsində çox sürətli görüntü axını ilə oyundan daha çox həzz ala bilərsiniz. Mükəmməl bir görüntü keyfiyyəti vəd edən bu əşya səsli axtarış funksiyası sayəsində böyük rahatlıq təqdim edir. Film, video və oxşar axtarışlar üçün sadəcə axtardığınız şeyin adını söyləməyiniz kifayət edir.


  • Saatınızın assistantınız olsun...


Ağıllı saat texnologiyası sürəti itirmədən inkişaf edir və hər gün gətirdiyi yeniliklərlə həyatımızı bir az asanlaşdırır. Galaxy Gear S3 Frontier, ağıllı saat xüsusiyyətlərinə sahib olan və klassik dizaynı ilə rəsmi geyim tərzinizə uyğunlaşa bilən modellərdən biridir. Mükəmməl dizaynı ilə seçilən məhsul kostyum, köynək-şalvar və idman geyimi kombinasiyasına mükəmməl uyğun gəlir. Ağıllı saatınızla S-Voice sistemi ilə saata əmrlər verə, mesajlarınıza daxil ola və menyuda sürətli keçid edə bilərsiniz.


Müəllif: Fidan Əzizova