Bir çox böyük lider, yenilikçi və təşəbbüskarın ortaq xüsusiyyəti risk alma bacarığıdır. Risk və mükafatın kökündən bir-birinə bağlı olduğunu və uğursuzluğun paradoksal olaraq müvəffəqiyyətin ayrılmaz bir hissəsi olduğunu başa düşürlər. Robert F. Kennedi qeyd edirdi ki, “Yalnız çox uğursuzluğa cəsarət edənlər hər zaman çox şey əldə edə bilərlər.ˮ


Forbes jurnalındakı dünyanın ən varlı insanları siyahısında birinci və ikinci sırada yer alan Amazon şirkətinin baş icraçı direktoru Ceff Bezos və Microsoft-un həmtəsisçisi Bill Qeytsə nəzər salaq. Onların ümumi sərvəti 211 milyard dollardır. Bu da onların şəxsi sərvətlərinin ÜDM-ə görə ilk 50-də yer alan ölkələrin potensialına bərabərdir. Bu səbəbdən yalnız uğurları haqqında düşünmək bizə daha asan gəlir. Bununla birlikdə, bir az daha yaxından baxsanız, risk almaq və uğursuzluğun nəticələrinə dair özünəməxsus bir perspektiv inkişaf etdirdiklərini də görə bilərsiniz.


Ceff Bezos 1997-ci ildə səhmdarlara yazdığı məktubunda demişdi: “Doqquz dəfə uğursuz olacaqsınız. Ancaq zaman-zaman iş baxımından min bir sınağa bənzəyən bir qazanc əldə edəcəksiniz. Uğursuzluğa rəğmən davam etməlisiniz.”


Bill Qeytsin yanaşması isə belə idi: “Xoşagəlməz xəbərləri mənfi deyil, dəyişikliyə ehtiyac olduğunun sübutu kimi qəbul etdikdən sonra isə artıq məğlub olmayacaqsınız. Bundan öyrənəcəksiniz. Hər şey uğursuzluqlara necə yanaşmağınızla bağlıdır. İnanın, Microsoft-dakı uğursuzluqlar haqqında çox şey bilirik.”


Yenə də hər ikisinin inkişaf etdirdiyi bu risk düşüncəsi yalnız bir gecədə baş vermir - təcrübə yolu ilə öyrənilir. Beləliklə, uğursuzluqdan daha az qorxaraq özünüzə və başqalarına daha uğurlu olmağa kömək edə biləcəyimiz düşüncəsini əldə etmiş oluruq.


Bu düşüncələrinin nəticəsində Ceff Bezos 1997-ci ildən bəri birinciliyini qoruyan Bill Qeytsin taxtını əlindən ala bilmişdir.



Müəllif: Fidan Əzizova