“Creaform” şirkətinin hazırladığı VIU Handyscan modeli dünyada əl ilə idarə olunan ilk üçölçülü rəngli lazer skaneridir. Çəkisi 1,3 kq olan skaner obyektin dəqiq xəritəsini əldə etmək üçün bir neçə kameraya malikdir. Model hamar səthləri, həmçinin qabarıq obyektləri dəqiq və yüksək keyfiyyətlə ideal dərəcədə skan edir.
VIUscan müxtəlif sahələrdə - mədəni irs obyektlərinin, incəsənət, antropologiya və arxeologiya nümunələrinin rəqəmsallaşdırılması, eləcə də elektron arxivlərin, animasiyaların yaradılması və s. istifadə üçün nəzərdə tutulub.