Sənayenin əfsanəsi, Apple korporasiyasında beynəxalq marketinq üzrə illərin vitse-prezidenti Filip Şiller vəzifəsindən gedir.
Facemark.az-ın məlumatına görə, Apple şirkətindən deyiblər ki, onun hazırki vəzifəsini isə müavinlərindən biri olan Qrek Cosviak idarə edəcək.
O, 1997-ci idən bəri şirkətin vacib əməkdaşlarından biri olub. O, aparıcı marketoloq statusunda produkt menecmentdən, bazarın araştırılmasından, biznesin idarəedilməsindən, həm tədris, həm də korporativ sferada marketinqdən məsul idi.
Filip Şiller:
“Burada çalışmağa davam edəcəyəm. Amma ailəmə, dostlarıma, şəxsi layihəmə daha çox vaxt ayırmaq istəyirəm”, - açıqlamasını verib.
Şiller kompaniyada çalışmaqda davam edəcək. O, tədbirləri davam etdirəcək və App Store mağazasını idarə edəcək.
O, həmçinin şirkətin texniki inkişafında böyük töhfələri olan Apple Fellowship proqramına da qatılıb.
Qrek Cosviak isə 20 ildən çoxdur ki, Apple şirkətində məhsul marketinqindən məsul idi və son dörd ildə isə şirkətin məhsul marketinqi üzrə vitse-prezidenti idi.
Xatırladaq ki, ötən ilin iyununda şirkətin əsas dizayneri Conni Ayv şirkətdən ayrılmışdı. O, 17 il burada çalışmışdı. Həmin vaxt dizaynerin şirkətdən ayrıması ilə bağlı xəbərlərin fonunda Apple-ın kapitalizasiyası 9 milyard aşağı düşmüşdü.