Qısa videoların mübadiləsi xidməti TikTok ambisiyalı məzmun istehsalçılarına kömək olmaq və özünün həyatını kontent hesabına qazanmağa çalışanlar üçün dəstək fondu yaradıb.


Facemark.az xəbər verir ki, TikTok Creator Fund-ın ilkin həcmi 200 milyon dollar olsa da, gözlənilir ki, yaxın bir neçə il ərzində onun həcmi artacaq.


Ancaq hazırda isə təşəbbüs Amerika bazarı üçün əlçatandır. TikTpk-dan deyirlər ki, adıçəkilən proqram Creative Learning Fund-ı da əhatə edir. Onun hədəf auditoriyası isə elmi kontentlərin yaradılması ilə məşğul olanlardır. Şirkət bununla 18 yaşdan yuxarı şəxslərin pul qazanmaq imkanlarına baxır. Həmçinin TikTok Creator Marketplace-də brendlər öz məhsul və xidmətlərinin təşviq üçün doğru influencerləri tapa bilərlər.


Kompaniya reklam krediti formasında kiçik və orta sahibkarlara dəstək olmaq üçün 100 milyon dollar ayırıb. Adıçəkilən proqram qonşu ölkə Rusiyada da aktualdır.


TikTok Creator Fund-dan pul qazanmaq üçün 18 yaşdan yuxarı olmalı və platformanın qaydalarına uyğun olaraq, davamlı şəkildə orijinal məzmun paylaşılmalıdır.


Bildirilir ki, dəstək tədbirləri çətin anlarında cəmiyyətə kömək xarateri daşıyır. Ancaq bu da istisna deyil ki, dövlət səviyyəsində platformanı bloklamağa çalışan ABŞ da öz imicini yenidən formalaşdırmağa cəhd edir.