Disney kompaniyası vahid reklam platforması – Advertising Platforms yaratmağa qərar verib.
Facemark.az-ın məlumatına görə, Variety nəşri yazır ki, korporasiya reklam texnologiyaları və məhsul əməliyyatları ilə məşğul olan bölmələri vahid komanda da birləşdirib.
Korporasiyanın yeni departamentinin səlahiyyətlərinə isə, bütün Disneyi əhatə edən vahid reklam platformasının uzunmüddətli inkişafı, istifadəçi fəallığını artırmaq üçün auditoriya ilə ünsiyyət formalarını dəyişdirmək, onların reklam ilə qarşılıqlı əlaqələrini təmin etmək daxildir.
Advertising Platforms reklamın avtomatlaşdırılması və programmatic-satışların genişlənməsi üzərində işləyəcək. Advertising Platforms-a isə Hulu-nun reklam bölməsinin müdiri Ceremi Helfand rəhbərlik edəcək.
Platforma, Disney-də reklam məhsullarının inkişafı üzərində çalışan Hulu və DTCI Advertising Product and Technology-də olan komandanı birləşdirəcək.