Instagram mühəndisləri sosial şəbəkənin alqoritminə yenidən diqqət ayıracaq, bu isə müxtəlif cəmiyyətlərə qarşı diskriminasiya riskinə görədir.


Facemark.az xəbər verir ki, bu haqda kompaniyanın saytında sosial platformanın rəhbəri Adam Mosseri deyib.


Mosserinin sözlərinə görə, platformada qara dərili istifadəçilərin fikirlərinə təzyiqlərin olunması və sosial şəbəkənin hamı üçün eyni olub-olmaması ilə bağlı narahatlıqlar yaranıb. Sosial platformanın rəhbəri əlavə edib ki, ironiya ondan ibarətdir ki, biz özümüzə qara dərili insanların da səsi olduğu platforma demişik, amma faktlar isə onu göstərir ki, onlar açıq qruplarda fikirlərini deməkdən ehtiyat edirlər.


Belə faktlar mənim tərəfimdən itirilmir. Onun sözlərinə görə, Instagram-da olan bəzi alqoritmlər qərəzlidir. Əlavə edib ki, sosial şəbəkəni bir çox texnologiyası bəzi cəmiyyətlərə qarşı qeyri-obyektiv olmaq təhlükəsindədir. Açıqlamada deyilib ki, gələcəkdə qərəzli görünməmək üçün şirkət bəzi alqoritmlərində dəyişikliyə gedəcək. Platforma, həmçinin məzmunun filtr olunmasına baxmaq üçün Explore və Hashtag səhifələrində postların vizualına baxacaq.


Adam Mosseri haqqında hazırladığımız video çarxa isə buradan baxa bilərsiniz.