Nike brendi Wieden + Kennedy Portland agentliyi ilə birlikdə Never Too Far Down adlı reklam çarxı hazırlayıb, bu idmanın verdiyi ümid haqqındadır. Reklam çarxı You Can’t Stop Us kampaniyasının bir hissəsi hesab edilir.
Reklam çarxında kadrarxası səsləndirmə isə basketbolçu LeBron Ceymsə aiddir. Filmdə belə idmançıları görə bilərsiniz, məsələn, Serena Uilyams, Tayqer Vuds, Kriştiano Ronaldo, Rafael Nada və s. Brend reklam çarxında nümunələr ilə sübut edir ki, nə qədər vəziyyət ümidsiz olsa da, onlar geri qayıdıb, mübarizə aparmaq üçün güclərini toplamağı bacarıblar. Üstəlik, bu gün idmançılar kubokdan və kürsüdəki yerdən daha çox bir şey uğurunda mübarizə aparırlar.
Bu koronavirus pandemiyasından dolayı bütün turnirlərin ləğv edildiyi və ya təxirə salındığından dolayı, idmançıların düşdüyü çətin vəziyyətə dair markanın mesajıdır. Never Too Far Down kimi brendin digər reklam çarxları da idmanın gücü və optimizm ilə bağlıdır.