Amerikanın moda jurnalı Vanity Fair iyun nömrəsinin üz qabığının çəkilişləri üçün videokonfrans platforması Zoom-dan istifadə etməyə qərara gəlib.


Facemark.az xəbər verir ki, nəşrin özünün Instagram hesabında yazdığı məlumata görə, üz qabığının siması aktrisa və ifaçı Janel Monye olub.



COVID-19 epidemiyası moda yayımlarının işinə əngəl törədib. Məhdudiyyətlərdən dolayı studiya çəkilişlərini davam etdirmək mümkünsüz olub. Elə bu səbəbdən yaradıcı komanda daha alternativ variantlar axtarmağa qərara gəliblər.


Belə bir alternativ isə Zoom-çəkilişləri olub. Fotoqraf Koller Şorr ifaçının şəkillərini konfrans çərçivəsində çəkib.


Xatırlatmaq yerinə düşər ki, daha əvvəl Zoom çəkilişlərindən onlayn moda jurnalı The Cut istifadə edib. May ayı nömrəsinin siması isə aktrisa Xloya Sevini idi.