Ekspertlər deyir ki, Apple-dan artırılmış və virtual reallıq qarnituru 2022-ci ildə meydana çıxacaq. Onlar kompaniyanın birinci qurğuları sırasında olacaq və tədricən iPhone-u əvəz edəcəklər. Yeni qadjetdə əməliyyat sistemi, səsi idarə etmə və ətraf mühitlə kommunikasiya üçün jestlər olacaq.
Facemark.az xəbər verir ki, şirkət bu yeni həmlə ilə sübut etmək istəyir ki, onlar heç də inqilabi məhsul hazırlamaq qabiliyyətlərini itirməyiblər.
Apple-ın qurğular üzrə eksperti Ko Minçi-nin sözlərinə inansaq, uzun müddətdir ki, gözlənilən artırılmış və virtual reallıq əsaslı (AR/VR) qurğular bazarda 2022-ci ildən tez görünməyəcək.
Eynəkdə yeni əməliyyat sistemi rOS (reality OS), sensor panel, səs aktivləşdirmə, jestləri idarə etmə funksiyası olacaq. Kompaniyanın AR-eynək məhsulunun isə 2022-ci ildən tez bazara çıxarılacağı gözlənilir. Daha əvvəl isə deyilirdi ki, şirkət 2022-ci ildə Ocolus Questi xatırladan qarnitur bazara çıxaracaq.
Apple menecerinin sözlərinə görə, bu zərif və daha incə ağıllı eynəklərin meydana gəlməsi üçün ilk addım olacaq. Onlar tədricən 10 il içində iPhone-ların yerini əvəz edəcək.