Apreldə özünütəcrid dövründə oyun istehsalçıları və distribütorlarına rekord həcmdə gəlir qazandırıb,10,5 milyard dollar.


Facemark.az xəbər verir ki, bu haqda məlumatı “SuperData” paylaşıb.


Xərclərdəki artım ölkələrin 2020-ci ilin martında koronavirusa görə məhdudiyyətlər tətbiq etməyə başladığı dövrdə qeydə alınmağa başlayıb. Ötən ilin anoloji dövrü ilə müqayisədə istifadəçilərin oyunlara xərcləri 17% artım nümayiş etdirib. İllik bazda gəlir artımı qeyminqin bütün seqmentləri üzrə qeydə alınıb. Mobil oyunlara xərcləmələr 14%, desktopda isə 12% olub. Konsol əlavələrinə olan xərclər isə 2019-cu ilin aprel ayı ilə müqayisədə 42%-lik artım nümayiş edirib.


- Desktop üzrə ən çox gəlir gətirən oyunların reytinqinə Riot Games Leagues of Legends başçılıq edib. Aprel gəlirləri üzrə, personal kompüterlər üçün isə TOP-3 oyunlar reytinqinə, həmçinin Crossfire və Dungeon Fighter Online-də daxil olmağı bacarıb.


- Apreldə konsol üzrə ən çox gəlir gətirən oyunlar sırasına Animal Crossing: New Horizons, FIFA 20 və Final Fantasy VII daxil olub.


- Mobil qurğular üzərindən isə istifadəçilər daha çox pulu Peacekeeper Elite, Honour of Kings vəGardenscapes-ə xərcləyiblər.


- Özünütəcrid onlayn oyunların populyarlığını geri gətirib. Belə ki, League of Legends-in gəlirləri 2017-ci ilin fevralından bəri pik həddə və oyunçuların sayı rekorda çatıb.


- Ən yüksək göstəriciləri Grand Theft Auto V (GTA V) nümayiş etdirib. Bu isə proqramın pulsuz paylanması ilə bağlı idi. Tədqiqatın müəllifləri deyir ki, bu Epic Games Store-nin onlayn mağazasının işində nasazlığa gətirib çıxarıb.


- Apreldə istifadəçilərin Fortnite-ə marağı geri qayıdıb. Bu isə ifaçı Trevis Skottun virtual çıxışı ilə bağlı idi. Bütün platformalarda oyunçuların sayı mart ilə müqayisədə artım nümayiş etdirib. Kompaniyaların aylıq gəlirləri isə 2019-cu ilin mayından bu yana maksimuma yüksəlib.