Facebook korporasiyasının qrup video xidməti Messenger Rooms rəsmi olaraq ABŞ və Kanadada öz fəaliyyətinə başlayıb.


Facemark.az xəbər verir ki, kompaniyanın rəhbəri Mark Zukerberq isə Facebook-da deyib ki, digər ölkələrdə isə bu xidmət növbəti həftə start götürəcək.


Belə bir xidmətin istifadəyə verilməsində məqsəd isə koronavirus pandemiyası fonunda video zənglərə olan tələbin artması olub. Siz Facebook və Facebook Messenger platformalarından istifadə edərək video konfranslar paylaşa bilərsiniz. Şəbəkədən qeydiyyatdan keçməyənlər də video zənglərə qoşula biləcəklər.



Təşkilatçıların özləri istifadəçiləri konfransa əlavə və silə biləcəklər, həmçinin girişi də özü məhdudlaşdıra biləcəklər. Xidmətdə vaxt məhdudiyyəti yoxdur, amma konfransa 50 nəfərə qədər şəxsi əlavə edə biləcəksiniz.


Yaxın dövrlərdə isə qrup zəngləri Markın şirkətinə daxil olan WhatsApp və Instagram-da da əlçatan olacaq. Məsələn, WhatsApp video konfranslarında eyni anda 8 nəfər iştirak edə biləcək, onlar son şifrələnmə ilə qorunacaqlar.


Belə bir bənzər video zəng xidməti Zoom-un karantin dövründə gündəlik aktiv istifadəçilərinin sayı bütün dünya üzrə 300 milyona çatmışdı və xeyli populyarlıq qazanmışdı. Həmçinin Telegram-ın rəhbəri Pavel Durov da qrup video zəngləri üçün xidmətin işə salınması haqqında planlarından danışmışdı.