Brend məhsulları platformanın ayrı bir səhifəsində satışa təqdim ediləcək. Bloggerlər isə canlı bağlantıda bu məhsullara keçid linki qoya biləcəklər.
Qısa videoların yaradılması üçün nəzərdə tutulan Likee platforması daxili e-ticarətə başladığını elan edib.
Facemark.az xəbər verir ki, bildirilib ki, platformada ayrıca “alış-veriş” bölməsi olacaq, burada brendlər özlərinin məhsullarını sata biləcəklər.
Şəbəkənin ən yaxşı bloggerləri video, striminq axında məhsula keçid linki əlavə edə bilərlər. Eyni zamanda özlərinin səhifələrində link yerləşdirə və endirim promkodları haqqında anons verə bilərlər. Platforma markalara o imkanı verəcək ki, onlar satış edə bilən bloggerləri də izləyə bilsinlər. AliExpress də satış işlərini influencerlərə ötürməyi planlaşdırır, amma dəqiq rəqəm isə açıqlanmır.
Tətbiqdə rəsmi hesabı olan şirkətlər maketpleysə qoşula biləcəklər. Məlumatda deyilib ki, virtual mağazanın üstünlüyündən artıq Xiaomi, Huawei və AliExpress faydalanıb.