Facebook kompaniyası YouTube və Twitch-ə yeni alternativ striminq əlavəsi hazırlamağı planlaşdırır.


Facemark.az-ın məlumatına görə, The Verge nəşrinin yazdığına görə, əvvəlcə güman edilirdi ki, tətbiq 2020-ci ilin iyununda hazırlanacaq, amma milyonlarla insanın evdə karantində qalması göstərdi ki, belə xidmətlərə tələb yüksəkdir.


Artıq aprelin 20-də xidmət Androiddə, Apple-ın müvafiq təsdiqindən sonra isə iOS-da görünəcək.


Qeyd edək ki, Facebook artıq neçə ildir ki, striminq xidmətlərinə investisiya edir, müxtəlif nəşrlər ilə əməkdaşlıq edir, eyni zamanda e-idman turnirlərinə ev sahibliyi edir. Facebook-un böyük auditoriyasının ayda 2,5 milyard insan olmasına baxmayaraq, servis izlənilən oyun saatlarının sayına gəlincə, şirkət Twitch və YouTube-dan (Amazon və Google-a daxildir) geri qalır.


Ancaq Facebook Gaming xidmətinin istifadəçilərini sayı isə artır. StreamElements kompaniyasının hesabatında deyilir ki, 2018-ci ilin dekabrından, 2019-cu ilin dekabrınadək Facebook Gaming-ə baxışların sayı 210% artım göstərib. Strimerlərin sayı 6%, saat üzrə ortalama izləyici sayı isə 78% artım göstərib.


Twitch və YouTube əvvəl də olduğu kimi indi də, striminq sferasında lider olaraq qalır, birincisi 2019-cu ilin dekabrına görə, saat üzrə oyun baxışları 61%-ni, ikincisi isə bazarın 28%-ni tutur. Dördüncü isə Microsoft-un əlavəsi tutur, 3%.


Facebook öz istifadəçiləri üçün canlı yayımları asanlaşdıraraq, bazarda lider əlavə olmağa can atır. İndi şirkət oyunçulara bir neçə düyməni klik etməklə canlı yayıma qoşulmağı planlaşdırır. YouTube, Twitch kimi Facebook da öz strimerlərinə pul qazanmağı da təklif edir.