Facebook karantin əleyhinə olan etiraz postlarını aradan qaldırmağa başlayır. Belə bir tədbirə isə ABŞ-da koronavirusadan dolayı ölkədə məhdudlaşdırıcı tədbirlərə insanların etiraz mintinqləri səbəb olub.
Facebook pandemiya dövründə məhdudlaşdırıcı tədbirlərə etiraz edən səhifələri silməyə başlayacaq.
Facemark.az-ın məlumatına görə, The Hill nəşrinin yazdığına görə, bu haqda şirkətin rəhbəri Mark Zukerberq deyib.
Zukerberq bildirib ki, özünütəcrid rejiminə etiraz edən bütün post və səhifələri yanlış, zərərli məlumat kimi qiymətləndirəcək və onları şəbəkədən siləcək.
Mark Zukerberq:
“Eyni zamanda insanların siyasəti müzakirə etmələri və diskusiya aparmaları çox vacibdir. Ancaq bir çoxları fövqəladə vəziyyət və səhiyyə sisteminin ətrafında qurulan yalanlardan ibarətdir. Bizim isə vəzifəmiz odur ki, dezinformasiyanı aşkar edək və onu vaxtında səhifədən uzaqlaşdıraq”.
Mark tərəfindən belə bir addım isə ABŞ-da koronavirusa görə, ölkə səviyyəsində edilən məhdudiyyətlərə qarşı insanların etiraz və mitinqləri səbəb olub. Şəbədən artıq Kaliforniya, Nebraska, Nyu-Cersidə olan etirazlar ilə bağlı olan postlar çıxarılıb.
Sosial şəbəkə ştatların tövsiyələrinə zidd postlar paylaşan səhifələri də şəbəkədən uzaqlaşdıracaq. Bildirilib ki, senzura özünütəcrid qaydalarına riayət etməyə və sosial məsafəni qorumağa səsləyən postlara təsir etməyəcək.
Qeyd edək ki, Facebook Rusiyada da koronavirusun yayılması ilə bağlı yanlış mesajları da qaldırır. Bundan başqa, daha öncə ölkənin Baş Prokurorluğu ölkədə çox sayda yoluxan insan olduğu və infeksiyanın çox sürətlə yayılmasına dair yanlış məlumatları aşkar etmişdi.
Onlar Roskomnadzora müraciət etmiş və bildirmişdilər ki, belə səhifələr və postlar ölkədəki sabit vəziyyətə ciddi təsir göstərir, ona görə də belə paylaşımlar aşkarlanmalı və dərhal səhifədən uzaqlaşdırılmalı, səhifələr isə bloklanmalıdır.
