Evdə olduğumuz günlərdə brendlər artıq verdikləri fiziki üstünlüklərlə yox, mənəvi dəstəklə də seçilməyə başlayıblar. Çünki bu günlərdə insanların dəstəyə və motivasiyaya daha çox ehtiyacı var.


Kapital Bank isə bu məsələyə başqa bir tərəfdən yanaşmağı bacarıb. Hər kəsin reklam çarxlarında boş küçələri və şəhəri göstərdiyi bir vaxtda Kapital Bank insanların olduğu yerlərə, yəni evlərə fokuslanıb. “Bizim işimiz insanlarladır” deyərək evdə qalmağın gözəl və əyləncəli tərəflərini ortaya çıxarıb.


Bu mesajı isə hər kəsə özəl bir video çarxla çatdırıb. “Endorphin” reklam agentliyinin imzası olan bu layihədə fərqli insanların evlərindən çəkib göndərdiyi videolar bir araya toplanaraq çox sevilən mahnı fonunda xüsusi bir çarx halında formalaşıb. Bu layihəyə özəl olaraq Cavanşir Quliyevin əfsanəvi bəstəsi olan “Hər Şey Gözəldir Həyatda” musiqisinə yenidən həyat verildi.


Layihənin digər bir özəlliyi isə ondan ibarətdir ki, videoda istifadə olunan görüntülər tamamilə evdə hazırlanıb. Layihənin yaradıcıları və iştirakçıları bu işi evdən çıxmadan ərsəyə gətirə biliblər.


Qəlbinizi isidəcək videonu izləməyə və gələcəyə nikbin baxmağa buyurun.