Dünyanın ən varlı insanı olan Amerika korporasiyası Amazon-un rəhbəri Ceff Bezosun şəxsi sərvətinin həcmi, şirkətin səhmlərinin kəskin atması fonunda 6 milyard dollardan çox artıb.
Facemark.az-ın məlumatına görə, bu haqda çərşənbə axşamı Forbes-in səhifəsində yayımlanan xəbərdə deyilib.
Jurnalın xəbərində bildirilir ki, çərşənbə axşamı Nyu-York fond birjasının bağlanması zamanı dünyanın ən böyük onlayn riteyler şirkətinin səhmlərinin dəyəri 5,3% artıb və 1 səhm üzrə 2238 dollara yüksəlib. Beləliklə, Amazon-da 11,2%-lik səhmə sahib olan, Bezosun şəxsi sərvətinin həcmi təxminən 5%, 6,4 milyard dollar artaraq 138 milyard dollara çatdı.
Onun keçmiş həyat yoldaşı, boşanmadan sonra, dünyanın ən varlı qadını olan Makkenzi Bezosun şəxsi sərvətinin həcmi isə ticarət sessiyası zamanı 2,2 milyard dollar artaraq, 44,8 milyard dollara çatdı.
Forbes aprelin 7-də ardıcıl olaraq üçüncü dəfə Bezosu dünyanın ən varlı insanı siyahısında birinci yerdə görmüşdü. Jurnalın mütəxəssislərinin hesablamalarına görə, onun şəxsi sərvətinin həcmi il ərzində 18 milyard dollar azalmışdı və 113 milyard dollara çatmışdı. İkinci yerdə isə Microsoft şirkətinin yaradıcılarından biri Bill Qeyts tuturdu, 98 milyard dollar pulu ilə.
Qeyd edək ki, Amazon-un rəhbərliyi elan etmişdi ki, onlar 100 min daha sonra isə 75 min işçini işə götürəcəklər. Bundan başqa, şirkət əməkdaşlarının maaşını saat başına ABŞ-da 2 dollar, Kanada da 2 kanada dolları dəyərində, digər Avropa İttifaqı ölkələrində isə 2 avro artırmaq barəsində qərar qəbul etmişdi. Şirkətin belə bir qərarı qəbul etməsinə isə koronavirus pandemiyası dövründə sifarişlərin kəskin artması səbəb olmuşdu. Belə ki, pandemiya dövründə əksər pərakəndə ticarət şəbəkələri bağlanmış, nəticədə istehlakçılar onlayn alışa istiqamətlənmişdilər.