Dünya miqyasında yayılan pandemiya fonunda bir çox şirkət çalışanlarının sağlamlığını düşünüb, onlayn iş rejiminə keçid edib.


Facemark.az xəbər verir ki, evdə işləmək hər nə qədər komfort görünsə də, bir çox insan ofis üçün darıxır.


Bunu nəzərə alaraq Berlinin reklam agentliyi Kids https://imisstheoffice.eu/ internet saytını yaradıb. Agentlik sayt üzərindən, yalnızlıq çəkən və vərdiş etdiyi çalışma mühiti üçün darıxanlara tanış olan səsləri gətirir.


Məsələn, klaviatura, telefon səsi, ayaqqabı takkıltısı və s. səsləri burada eşidə bilərsiniz. Ofisdə çalışan sayını da artırıb, azalda bilərsiniz. Həmçinin hərəkətdə olan nəsnələrin üzərinə toxunmaqla, hansı səsi istəyirsinizsə, onu eşidə biləsiniz.