Ötən çərşənbə günü Ümumdünya Sağlamlıq Təşkilatı (ÜST) tərəfindən pandemiya elan edilən koronavirus bu günə qədər 6500-dən çox insanın ölümünə səbəb olub və dünya miqyasında 169 000-dən çox insana təmas edib.
Facemark.az xəbər verir ki, bir çox ölkə virus ilə mübarizə aparmaq üçün radikal qərarlar qəbul edib, bəzi cəmiyyətlər isə xəstəliyin ciddiyyətinin hələ də fərqində deyil, ancaq marka və marketinq dünyası da mövzu ilə bağlı öz yanaşmasını ortaya qoyur.
Reddit-in həmtəsisçisi və Risk Sərmayədarı Alexis Ohanian, New York City turizminin ürəyini təşkil edən və təxminən bir gündə 380 000-ə yaxın, sıx dövrlərdə isə 450 000 turistə ev sahibliyi edən Times Square-dəki billboardlardan maarifləndirici elanlarını paylaşıb.
Məsələ ilə bağlı Forbes-ə açıqlama edən Ohanian, start-up-ı AdQuick vasitəsi ilə billboard alma fikrinin “bir anda ağlına gəldiyini” deyib.
Onun sərmayə şirkəti Capital ötən həftə ofisini bağlayaraq çalışanlarının ən çox 6-8 həftə ərzində evdən çalışacaqlarını elan etmişdi.

