Populyar sosial media platforması Instagram tərəfindən edilən yazılı açıqlamada koronavirus çərçivəsində alınan tədbirlərdən bəhs edilib.
Facemark.az xəbər verir ki, Instagram sosial şəbəkəsindən bildirilib ki, platformada koronavirusla bağlı filtrlərdən istifadə qadağan olunub.
Şəbəkənin açıqlamasında əlavə edilib ki, bundan sonra istifadəçilər bu cür filtrlərdən faydalana bilməyəcəklər.
Eyni zamanda, açıqlamada bir şəxsin üzünü analiz edərək, koronavirus olub-olmadığını iddia edən hesab və filtrlərin də qadağan olduğu deyilib. Platformada istifadəçilər “Covid-19” kəliməsi ilə filtr axtarışı da edə bilməyəcəklər.