Apple korporasiyası martda təqdimatının olacağı planlaşdırılan yeni smartfonu iPhone SE 2-nin nümayişini ləğv edib.


Facemark.az-ın məlumatına görə, bu haqda Forbes nəşri, eyni zamanda isə Front Page Tech со-un YouTube kanalı mənbəyə istinadən yazıb.


Nəşr tədbirin ləğvinin iki faktor ilə bağlı olduğunu yazır. Birincisi, COVID-19 epidemiyasının ölkələrdə yayılması, Apple-ın smartfonlar üçün komponentlərin tədarükündə çətinlik yaradıb. İkinci isə, Apple kompaniyasının baş qərargahının yerləşdiyi Santa-Klara hakimiyyəti şirkətlərə bölgədə kütləvi tədbirlərin keçirilməsini məcburi şəkildə qadağa edib. Adıçəkilən təqdimat mərasimində 1000 nəfərin olacağı gözlənilirdi.


Qeyd etmək yerinə düşər ki, kompaniya yeni qurğunun təqdimatı haqqında rəsmi məlumat paylaşmamışdı. Ancaq, adətən belə qurğuların özəllikləri haqqında mətbuat konfransında məlumat verilir.


iPhone SE ilə birlikdə, yeni iPad Pro-nun da təqdimatının olacağı gözlənilirdi. Nəticədə isə şirkət onlayn yayım təşkil edə bilər, ya da sadəcə yeni qurğular haqqında məlumatı press-reliz ilə yayımlaya bilər.


Xatırlatmaq yerinə düşər ki, Santa-Klaranın (Kaliforniya) Sağlamlıq İlə bağlı Departamenti 1000-dən çox insandan ibarət olan tədbirlərin ərazidə təşkilinin məcburi qadağan olduğunu elan etmişdi. Qadağa isə mart ayının 10-dan qüvvədədir və minimim 2-3 həftə davam edəcək.


Onu da deyək ki, hər il Apple kompaniyasının yeni məhsullarının təqdim olunduğu və bu ilin yayında keçirilməsi planlaşdırılan Apple WWDC 2020 də ləğv edilə bilər. WWDC isə dünya istehsalçıları üçün ən böyük tədbirlərdən biridir və burada adətən 6000-dən çox qonaq bir araya gəlir.