Bütün dünyadakı “Apple Watch “ istifadəçiləri 8 Martda 20 dəqiqəlik və ya daha uzun gəzinti, qaçış və digər məşqləri tamamlasa özəl Aktiv Mükafatına və Mesajlarda istifadə edə biləcəkləri stikerlərə sahib ola biləcəklər.
Facemark.az xəbər verir ki, Apple Watch qadınlara daha sağlam həyat üçün ilham verir. Ürək döyüntüsünü izləyir və tərs gedən bir hadisə olduqda sizə xəbər verir. Əgər olduğunuz mühitdə səs səviyyəsi sizin sağlamlığınıza ziyan vuracaqsa, narahat olmayın o sizə xəbərdarlıq edəcək.
Ürəyinizin səsinə qulaq verin.
Apple Watch Series 5 ürək döyüntünüzün sürətini istədiyiniz an yoxlamağınız və ürəyinizin performansını günboyu izləyə bilməyiniz üçün onu daim nəzarətdə saxlayır. Bundan başqa, ürək döyüntü sürətiniz anormal şəkildə yüksəlir və düşürsə və bunu hiss etmirsinizsə, yenə xəbərdarlıq alacaqsınız.
Yüksək və ya aşağı ürək döyüntüsü bir problemin xəbərçisi ola bilər. Ancaq bir çox insan simptonları tanımadığı üçün onun altında yatan səbəbləri fərq etmir. Apple Watch Series 5, Ürək Döyüntüsü Sürəti platforması ilə ürəyinizi iləyir və hər-hansı nizamsızlıq aşkar etdikdə bu barədə sizə bildirir. Beləliklə, siz tədbirinizi əvvəlcədən alıb, həkiminizə danışa bilərsiniz.
