İnternet holdinqin reklam gəlirləri demək olar ki, 23% artım göstərib, beynəlxalq standartlara görə isə artım daha təvazökar idi-cəmi 14%.

Mail.ru Group (MRG)


Mail.ru Group (MRG) ümumi seqment üzrə gəlirlərinin artması haqqında hesabatını yayımlayıb. Məlumata görə, 2019-cu ilin sonunda şirkətin gəlirləri 87,1 milyard rubl təşkil edib. Bənzər bir tempdə (+22,6%) şirkətin reklam gəlirləri də artıb, onların ümumi gəlirdəki payı isə 42%-dən bir qədər azdır. Bu isə MRG-yə Rusiyanın dijital bazarında payını 16%-ə qədər atırmağa imkan verir.




VKontakte


VKontakte sosial şəbəkəsinin gəlirləri 2019-cu ildə 21% artım göstərib. Vkontakte Mail.ru Group-a daxildir o isə şirkətin gəlirlərini açıqlamayıb, amma bir öncəki il onun gəlirləri 18,4 milyard rubl təşkil edib. Ona görə də bu rəqəmi hesablamaq elə də çətin deyil. Demək olar ki, şirkətin gəlirləri 22,3 milyard rubl olub. Ancaq bildirilir ki, internet-holdinq 2022-ci ilə qədər Vkontakte-nin gəlirlərini 37 milyard rubla çatdırmaq niyyətindədir. 2019-cu ildə adıçəkilən sosial platformada reklam verənlərin sayında isə 17%-lik artım qeydə alınıb.




Odnoklassniki


MRG yenə də bu sosial şəbəkə üzrə gəlirlərini elan etmir. Yalnız bildirilir ki, son 5 il ərzində sosial şəbəkənin reklam gəlirlərinin payı iki dəfə artıb. Belə ki, 2014-cü ildəki 20%-dən 2019-cu ildəki 40%-ə qədər artım qeydə alınıb. Ən dinamik inkişaf edən seqment isə mobil reklamlar olub. Onun ümumi reklam gəlirlərindəki payı isə 60%-ə yüksəlib.