Müəyyən bir dərmanın xəstəliyi müalicə edəcəyini deyən reklam bloklanacaq.


Facebook koronavirusla əlaqəli reklamlarla bağlı qaydaları sərtləşdirmək niyyətindədir.


Facemark.az xəbər verir ki, sosial şəbəkə elə postları dərhal bloklayacaq ki, onlar yeni virusun dərmanını reklam edirlər və istifadəçilərə çağırış edirlər ki, onu tez bir zamanda sifariş etmək olar. Şirkət, həmçinin insanları risk qarşısında qoya biləcək feyk mesajları da platformadan siləcək.


Son məlumatlara görə, 80 minə yaxın virusa yoluxub və onlardan təxminən 3000 nəfəri də ölüb. Epidemiyanın episentri Çinin Uhan şəhəri olub və yoluxma halları isə Çin, Yaponiya, ABŞ, Avstraliya, Rusiya və s. kimi ölkələrdə qeydə alınıb.


Rəsmi olaraq isə bu epidemiyanın qarşısını ala biləcək dərman və ya vaksin tapılmayıb. Brendlər və texnologiya şirkətləri isə işçilərinə təhlükə yaratmamaq üçün istehsalı dayandırdılar və Çindəki mağazalarını bağlamaq məcburiyyətində qaldılar.


Məsələn, daha əvvəl xəbər vermişdik ki, Samsung şirkəti bazar günü, Şimali Kensan əyalətində yerləşən Gumi-si şəhərindəki zavodun işini dayandırıb. Buna səbəb isə zavodun istehsal xəttində 20 yaşlı əməkdaşda qeydə alınan xəstəlik hadisəsi olub. Bu zavod Koreyanın Seul şəhərindən 202 km uzaqlıqda yerləşir və iki istehsal xəttindən ibarətdir.