O, alimlərin və fəalların müvafiq layihələrini maliyyələşdirəcək.


Amazon şirkətini rəhbəri və dünyanən ən varlı insanı Ceff Bezos iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün Bezos Earth Fund adlı fond təsis edib.


Facemark.az xəbər verir ki, o, 10 milyard dollar ayırmağı hədəfləyib, bu pullar isə ətraf mühitin mübarizəsi üzrə alimlərin, fəalların və QHT-lərin layihələrinin maliyyələşdirilməsinə ayrılacaq.


Bezosun sözlərinə görə, iqlim dəyişikliyi Yer Kürəsi üçün çox ciddi təhlükədir. Biz birlikdə onun planetimizə təsirlərini öyrənməliyik.


https://www.instagram.com/p/B8rWKFnnQ5c/?utm_source=ig_embed


Bildirilir ki, fond əvvəlcədən araşdırılmış layihələrin icrasını yaxşılaşdırmağa, iqlim dəyişikliyi ilə mübarizə üçün yeni yollar kəşf etməyə və gələcək layihələrə dəstək verməyə kömək olacaq.


Ceff Bezos:


“Dünya hamımızı birləşdirən yerdir. Gəlin, onu birlikdə qoruyaq!”.


Qeyd edək ki, Fonddan qrantlar isə yay aylarından başlayaraq ayrılmağa başlayacaq.


Xatırladaq ki, Bezos Forbes-in versiyasına görə, dünyanın ən varlı insanıdır. Onun şəxsi sərvətinin həcmi isə 129,9 milyard dollara çatıb. Amazon şirkəti 2019-cu ildə reklam xərclərini 34% artırıb və reklamın alışına 11 milyard dollar xərcləyib. GroupM-in versiyasına görə, bu riteylerə Procter & Gamble-ı ötüb keçməyə və planetin ən böyük reklamverəni statusunu qazanmağa kömək olub.