Mail.ru Group tövsiyə video xidməti olan “Smotri Mail.ru”nu açır. O artıq “Puls” sistemində görünməyə başlayıb.
Facemark.az-ın məlumatına görə, Kommersant nəşri yazır ki, xidmət özünün şəxsi telekanalını təqdim edir və burada istifadəçilərin marağına uyğun olaraq video kontent (film, teleserial, proqram, klip və s. ) nümayiş ediləcək.
Yenilik ilə bağlı Mail.ru Group-un (MRG) vitse-prezidenti Anna Artamonova deyib ki, indi istifadəçilərin maraqlı kanal, yaxud film, veriliş axtarmağına ehtiyac yoxdur”.
Məhsul hələ ki beta-test rejimində fəaliyyət göstərir. Televiziya xidməti istifadəçilər üçün pulsuz olacaq. Amma bildirilib ki, yeni məhsul reklamverənlərə videoinventarın inkişafını genişləndirməyə, eyni zamanda yeni partnyor inteqrasiyalarına imkan verəcək.
Bu internet şirkətlərinin özlərinin şəxsi televiziya kanalı açmağı yönündə ilk addımları deyil. Belə ki, analoji xidmət “Moy Efir” Yandeks.Efir-in platformasında mövcuddur. Xidmət istifadəçilərin marağına uyğun olaraq video məzmun istehsal edir, bura daxildir film, serial, klip, idman translyasiyaları, videobloq və s.
TMT Konsaltinqin baş direktoru isə internet şirkətinin yeni məhsulu haqqında danışarkən deyib ki, faktiki olaraq xidməti Rusiya onlayn-kinoteatr bazarına daxil olan rəqib adlandırmaq olar.
J’son & Partners Consulting-in TV və kontent departamentinin direktoru isə hesab edir ki, yalnız şirkətin xidmətlərinin auditoriyasını nəzərə alaraq, pul qazanmaq olar.