1967 ci ildə İstanbulda anadan olan Ali Koç, Koç Holding İdarə Heyəti sədrinin müavini, Ford Otosan İdarə Heyəti sədri, Yapı Kredi Bankası İdarə Heyəti sədri və Fenerbahçe futbol klubunun prezidentidir. Ali Koç yeni nəsili liderliyə ruhlandıran fikirləri və mövqeyi ilə nümunəvi və uğurlu biznesmen və idarəçidir.
Bəs Ali Koç biz gənçlərə uğurlu, xoşbəxt və yaxşı olmaq barədə nə deyir? Gəlin birlikdə nəzər salaq.
1) Yeni nəsil lideri olmağı hədəfləyin

Dünyanın yeni tərz liderlərə ehtiyacı var. Lider deyəndə birbaşa siyasi olaraq başa düşməyin. 21-ci yüzillik fərqli çətinliklər və problemlərlə qarşımıza çıxdı. Bir də bunun üstünə texnologiyanı əlavə edəndə həyatın hər sahəsi böyük nisbətdə dəyişdi. Dəyişiklik hər zaman oldu, amma heç bir zaman bu qədər tez olmadı .21 ci yüzilliyin problemlərini 20-ci yüzil baxış- nəzəriyyəsi ilə həll edə bilmərik. Yeni nəsil liderləri olmağı bacarmaq lazımdır.
2) Davranış, tərz, duruş, xarakter

Artıq elə bir dünyadayıq ki, bacarıq tək başına kafi olmur. Fərqli xüsusiyyətlər axtarılır. Əsas olan çalışdığımız quruma, təkcə bacarıqlarınızla deyil, duruşunuz və xarakterinizlə necə fayda verəcəyinizdir. Deyilməyi asandır, edilməsi çətin. Möhtəşəm bacarıqların ola bilər, amma o qədər neqativ birisən ki komandanda hər kəsin enerjisini yox edə bilərsən. Tanıdığım biri var. NBA-dan pul alır. NBA transfer etmək istədiyi adamların özəl həyatlarını da izləyir. Adamın işi bu! "Mənim də vermək istədiyim gözəl bir örnək var: Fenerbahçenin əvvəlki basketbol oyunçusu Ekpe Udoh-un möhtəşəm bir adəti vardı. Özəl həyatında oxumağa çox önəm verirdi. Davamlı oxuyurdu. Sonra Atatürk ilə tanışdı. Atatürkü oxumağa başladı. Çox təsirləndi və möhtəşəm bir rol model oldu. Sadəcə idmançı kimi deyil, eyni zamanda yaşıl meydandan kənardakı duruşu ilə də".
3) Xoşbəxt və balanslı yaşayın, uğuru sorğulayın

Karyera pilləsini tez-tez addımlaya bilərsiniz. Amma balanslı yaşamırsınızsa və xoşbəxt deyilsinizsə deməli uğurlu deyilsiniz. İstədiyiniz qədər pul qazanın, xəyallarınızın zirvəsindəki bir mövqeyə gəlin, amma xoşbəxt deyilsiniz və balansı itirmisinizsə o uğuru sorğulamaq lazımdır. Ən azından öz uğurunuzun tərifini verin.
4) Qutunun kənarına çıxın

Axına düşüb, sürü psixologiyası ilə sadəcə hər kəsin düşündüklərini düşünməyin. Qutunun kənarına çıxın.
5) Uğurlu olmaq sizin əsərinizdir

Yaxşı doğulmaq Allahın əsəridir, amma yaxşı qalmaq, yaxşı olmağa davam etmək, özünü inkişaf etdirmək, sağlam olmaq, özünüzü tərbiyə etmək kimi mövzular tamamilə sizin əsərinizdir. Özünüzü kəşf edin, özünüzə investisiya qoyun.
6) Yaxşı insan olmaq

Ədalətli olun, mərhəmətli olun, özünüzə rəva görmədiyinizi başqasına görməyin. Mən uşaqlarıma bir şeyi öyrədirəm, elə budur. Qalanlarını onsuz da kəşf edəcəklər. Təhsil naziri olsaydım, hətta məktəb proqramına "yaxşı bir insan olmağı" da əlavə edərdim. Mən onu ibtidai məktəbdən universitetə qədər proqramı saxlayaram. Yaxşı bir insan olmaq olmazsa olmaz prioritetiniz olmalıdır.
7) Sadiq, fədakar, ədalətli

Mən necə insanları sevdiyimi, necə insanlarla işləməyi sevdiyimi deyim. Mən şəxsən sədaqəti çox yüksək biriyəm. Məsələn ilk telefonum Nokia idi. Hələ də Nokia telefonu istifadə edirəm. Bir şeyə bağlanarsam sonuna qədər arxasında dururam. Dolayı yolla o tərz insanları sevirəm. İkinci bir məsələ fədakarlıqdır. Zaman axıb gedir, zaman geri gəlmir. Özümü bir şeyə həsr edirəmsə, maddi və mənəvi cəhətdən fədakarlıq da edirəm. Amma ən böyük fədakarlıq zaman fədakarlığıdır. Bir də ədalətli olan insanlarla işləməyi sevirəm. Başqasının haqqını yeməməyə diqqət edirəm, bu mövzuda çox həssasam. "Az danışım, az xəta edim" deyən, fərqli danışan, fərqli münasibət göstərən insanlarla işləyə bilmirəm.
8) Özünüzdən daha yaxşı insanlarla çalışın

Hər zaman özünüzdən daha yaxşı insanlarla çalışmağa üstünlük göstərin.
9) Uğursuzluqdan qorxma!

Uğursuzluqdan qorxmayın. Ölkəmizdə bacarıqsızlığın maliyyəsi bir az çoxdur. Başqa ölkələrdə bunu sadəcə olaraq təcrübə kimi görürlər. Bunu bu şəkildə başa düşün. Uğursuz olmaq sizi xəyallarınızdan uzaqlaşdırmasın.