Huawei, Xiaomi, Vivo, Realme, ZTE və Lenovo-nun daxil olduğu Çinin smartfon istehsalçıları, həmçinin Amerikan Apple-nın Çində olan fabrikində istehsal olunan cihazların Rusiya ərazisində 2 həftə ərzində tədarükü dayandırılıb.


Facemark.az xəbər verir ki, bazar iştirakçılarından əldə edilən məlumata, əsasən belə bir qərar koronavirusa görə, Çin fabriklərinin Yeni il (Çin Yeni ili nəzərdə tutulur-red.) tətilini uzatması ilə bağlıdır.


Kompaniyaların parnyorlarına göndərdiyi məktubda deyilir ki, koronavirusa görə, Çin fabrikləri Yeni il tətilini 10 fevrala qədər uzadıblar və bildirilir ki, bu müddət daha da uzadıla bilər.


Uhan şəhərindəki vəziyyətlə bağlı olaraq, şirkətlər Çin və Asiyadan çatdırılmalar üzrə tədarük sxemlərində dəyişiklik edirlər.


Vivo-nun mətbuat xidmətindən isə deyiblər ki, bütün şirkətlər üçün başqa regionlara Çindən smartfonların çatdırılması 2 həftəyə qədər uzadılıb, amma bu smartfonlar üzrə heç bir dəyişiklik yaratmayacaq və müştərilər üçün bu fərq yaratmayacaq.


“Telekom sektorunun əksər satıcıları kimi Vivo da dekabr ayının tədarükünün həcmini Yeni il və Çin Yeni il tətilini nəzərə alaraq planlaşdırırlar”, - deyə şirkətdən bildirilib.


Çin brendləri bazar üçün əhəmiyyətlidir. Ekspertlər əlavə edir ki, bir neçə həftəyə tədarüklərin təxirə salınması bazarda müəyyən bir kəsirə və 10-15%-lik qiymət artımına səbəb ola bilər, amma onlar qeyd edir ki, bu onlara stok-da olan məhsulları satmaqda kömək olacaq.


Amma Mobile Research Group-un analitiki Eldar Murtazin isə deyir ki, “qiymətlərin artması pərakəndə satış şəbəkələrinin və distributorların tələbinin azalmasına gətirib çıxaracaq və bütün bazara təsir edəcək”.


M.Video-Eldoado-nun hazırladığı məlumata görə, 2019-cu ildə Rusiyada alınan hər ikinci telefon Çin istehsalı olub. Bu ölkədə 2109-cu ildə smartfon bazarının həcmi isə 495 milyard rubl təşkil edib. Huawei və Honor birlikdə bazarın 1/3-I tutur.